Yalçın Rzazadə Lənkəranda dəfn ediləcək

Yalçın Rzazadə Lənkəranda dəfn ediləcək

Yalçın Rzazadə Lənkəranda dəfn ediləcək

ÜMİDTV:     Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.

Mərhumun oğlu Orxan Rzazadə KİV-ə açıqlamasında bildirib ki, Xalq artisti Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq.

 

Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.

Mədəniyyət Nazirliyindən "Report"a bildirilib ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dəfn Lənkəranda baş tutacaq.

 

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.