Yerevanda hökumət binasının qarşısında tutulan şəxslərin sayı 51-ə çatıb
Yerevanda hökumət binasının qarşısında tutulan şəxslərin sayı 51-ə çatıb
Yerevanda hökumət binasının qarşısında tutulan şəxslərin sayı 51-ə çatıb

ÜMİDTV: Ermənistanda hökumət binasının qarşısında tutulan aksiya iştirakçılarının sayı 51 nəfərə çatıb.
“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Polis İdarəsindən bildiriblər.
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.
Məlumatı “Novosti Armeniya”da yaymaqla təsdiqləyib.
N.Paşinyan binaya girərkən aksiyaçılar “Satqın, eşşək!”, “Nikol satqın!”, “Türk əclafı ləyaqətin yoxdur!” və başqa şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları hökumət evinə giriş qapılarını bağlamağa cəhd göstərib. Binanın qarşısına cəlb edilən polis əməkdaşları etirazşıları oradan uzaqlaşdırmağa başlayıb.
Polis 25 nəfəri saxlayıb.