Hikmət Hacıyev: "Azərbaycanlıların qəbirlərinin dağıdılması vandalizmin ən iyrənc formasıdır”

Hikmət Hacıyev: "Azərbaycanlıların qəbirlərinin dağıdılması vandalizmin ən iyrənc formasıdır”

Hikmət Hacıyev: "Azərbaycanlıların qəbirlərinin dağıdılması vandalizmin ən iyrənc formasıdır”

ÜMİDTV:       “Ermənilərin azərbaycanlılara məxsus məzarlarla savaşmalarına, qəbirləri talan etmələrinə deyəcək söz tapa bilmirəm. Sanki ölülərdən də intiqam almaq istəyiblər”.

 

“Anadolu”nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

“Bu vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşəti görməlidir”, - o bildirib.