Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir
Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir
Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər ikinci sutkanı ölkə parlamentinin qarşısında quraşdırdıqları çadır düşərgədə keçiriblər.
Məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, çadırlarda ümumilikdə 20-30 nəfər var. Polis əməkdaşları çadır düşərgəsi quraşdırılan əraziyə giriş-çıxışı bağlayıb. Gündüz saatlarında istefa tələb edənlər mitinq keçirəcək.