Şəhid Ailələri və Qarabaq qazilləri hərzaman diqqətdədir-Malik Balaşov-Yardımlı

ÜMİDTV: Azərbayan Respublikasının Prezidenti Cənab İlham Əliyevin daha çox diqqət və qayğı göstərdiyi sahələrdən biri də vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsini, eləcə də maddi-məişət şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Əhalinin bütün təbəqələri, o cümlədən şəhid ailələri və qazilərin həyat şəraiti daim diqqət mərkəzində saxlanılır, onların rifah halının yüksəldilməsindən ötrü mühüm əməli addımlıar atılır.
Bu sözləri ÜmidTv-yə müsahibəsində Yardımlı ziyalısı, yazar Malik Balaşov bildirib. Müsahibimiz bildirib ki, "Bu il fevralın 25-də Cənab Prezidentin Bakının Ramanı qəsəbəsində şəhid ailələrinə və müharibə əlillərinə ən müasir tələblərə cavab verən mənzillərin təqdim olunması mərasimindəki çıxışını diqqətlə izlədim. Vətəndaşa diqqət vəqayğı sözün həqiqi mənasında adamın ürəyini dağa döndərir. Doğma Vətən torpağı uğrunda canından, qanından keçərək ən yüksək məqama – şəhidlik zirvəsinəucalanların ailə üzvlərinə, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü vəKonstitusiya quruluşu uğrunda sağlamlıqlarını itirmiş qazilərimizə yeni , ən müasir tələblərə cavab verən mənzillərin təqdim olunması, onlara torpaq sahələrinin ayrılması Cənab Prezidentin daim diqqət mərkəzindədir.
Sadalanan istiqamətlər üzrə işlər təkcə mərkəzi şəhərlərdə deyil, mərkəzdən uzaq rayonlarda, o cümlədən Yardımlı rayonunda da davam etdirilir. Təkcə bir qürurverici aktı xüsusi qeyd etməyi özümə borc bilirəm ki, müharibədən çox qısa bir zaman – cəmi üç aydan bir az artıq vaxt keçməsinə baxmayaraq, sadalanan
kateqoriyaya malik insanlar üçün təkcə bina deyil, şəhərciklərin salınması həm dövlətimizin iqtisadi gücünün, həm də Cənab Prezidentin vətəndaşına diqqət və qayğısının təzahürüdür. Hələ bu başlanğıcdır, inşallah Cənab Prezident İlham Əliyevin siyasi bacarığı, polad iradəsi və qətiyyəti sayəsində Azərbaycanımız gündən – günə daha da çiçəklənəcək, dünyanın ən aparıcı dövlətinə çevriləcəkdir."
Malik Balaşov
Yardımlı rayon ziyallı, yazar