Bir qəlbdə iki can - Türkiyə Azərbaycan

ÜMİDTV: Türkiyə və Azərbaycan deyəndə Umummili Lider Heydər Əliyevin məşhur kəlamı yada düşür: “Bir millət, iki dövlət “ bu müdrük deyim həyata, tarixə və gələcəyə hesablanıb. Biz bunu tarixin bütün dönəmlərində görsək də, ikinci Qarabağ savaşında bir daha hiss etdik Türkiyə müharibənin ilk günlərində bizim haqq işimizə dəstək verdi. İki qardaş dövlətin liderlərinin yüksək iradəsi
qələbəmizdə mühüm rol oynadı.
Müharibədə 3-cü tərəfin müdaxiləsinin qarşısı alındı.Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın çox qətiyyətli mövqeyi və birmənalı kəskin bəyanatları buna imkan vermədi və nəticədə Azərbaycan öz göbəyini özü kəsdi. Erməni faşizminin beli qırıldı.Ermənistan kaputilyasıya aktını imzalamağa məcbur oldu. Biz nəyin şahidi olduq? Əlbəttə Türkiyənin dünya miqyasında bir güc mərkəzi olduğunu hətta, Rusiya lideridə etiraf etdi ki, münaqişənin sona çatmasında Türkiyənin müstəsna rolu oldu. Nəticədə biz onun şahidi olduq ki, ölkəmizdə münaqişə
zonasına nəzarət üçün, Rusiya, Türkiyə monitorinq mərkəzi yuaradıldı və bu mərkəz indi səmərəli fəaliyyət göstərir.
Pilotsuz uçuş aparatları vasitəsilə razılaşmaya necə əməl edilməsi izlənilir. Bundan başqa, Türkiyədən yüzdən çox mütəxəssis Azərbaycana ezam olunub.İki qardaş ölkə arasında maddi,texniki əməkdaşlıq davam edir, oradan müasir texnikalar alınıb gətirilib. Regionun inkişafı
üçün heç bir fikir ayrılığı yoxdur.
Əməkdaşlıq qarşılıqlı ticarət komunukasiyalarının açılması yeni
nəqliyyat dəhlizinin yaradılması, hər iki ölkənin inkişafına yeni nəfəs verəcək.
Türk şirkətləri artıq Qarabağın yenidən qurulması işlərinə cəlb olunub.İki ölkə arasında yeni kontraktlar imzalanıb,hərbi əməkdaşlığımız günü-gündən möhkəmlənir, yüksək səviyyəli hərbi təlimlər ordumuzun peşəkarlığını daha da artırır.
Cənab Prezidentimiz bəyan edib ki, Azərbaycanda döyüşkən türk ordusunun kiçik modeli yaradılmalıdır və yaradılacaq.
Ermənistanın qardaş Türkiyəyə qarşı iddiaları əsassızdır. Türkiyə bizimlə həmrəylik göstərərək , Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədləri bağlamışdır. Artıq post müharibə dövrüdür və Azərbaycan işğaldan qurtardığı ərazilərin bərpasına başlayıb. Ona görə də yeni reallıqda ölkəmizin lideri Türkiyə-Ermənistan əlaqələrinin yeni müstəvidə inkişafına normal yanaşır, əlbəttə regionda sülh və əməkdaşlıq naminə.
Biz Türkiyə ilə həm yaxşı günün, həm də dar günün dostuyuq. Bu dostluq sarsılmazdır!
Yardımlı rayon sakini Ələsgər Cəfərov