SON DƏQİQƏ: VƏTƏN SEVDALISI MÜBARİZ MƏNSİMOVUN SƏRBƏST BURAXILMASI İSTƏNİLDİ

ÜMİDTV: Bu gün Azərbaycanlı iş adamı, Vətən sevdalısı Mübariz Mənsimovun Cinayət işində sevindirici yenilik yaşandı.
İstanbul Baş Prokurorluğu (İstanbul Cümhuriyyət Başqanlığı), barəsində həbs qətimkan tədbiri seçilən Mübariz Mənsimovun sərbəst buraxılaraq Polis nəzarətinə verilməsini tələb etdi.
Tələbnamədə deyilir:
Təqsirləndirilən şəxsin cinayətlə bağlı cəza müddəti, həbsdə saxlandığı müddəti, barəsində seçilmiş həbs qətimkan tədbirin dəyişdirilməsinin məhkəmə nəzarətinə verilməsində heç bir maneə olmadığı diqqətə alınraq, Təqsirləndirilən şəxsin başqa cinayətdən tutulması ilə bağlı zərurət yoxdursa sərbəst buraxılmasını, olduğu yeri tərk etməmək və ölkə xaricinə çıxmamaq şəklində məhkəmə nəzarətinin tətbiq edilməsi barədə qərar verilməsi məhkəmədən tələb olunur".
Qeyd edək ki, Mübariz Mənsimovun cinayət işi üzrə məhkəmə iclası mart ayının 5-nə təyin olunub.
Ədaləti bərqərar edən Uca Allaha şükürlər olsun !