Ölkədə hava şəraiti dəyişib, Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatıb
Ölkədə hava şəraiti dəyişib, Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatıb
Ölkədə hava şəraiti dəyişib, Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatıb

ÜMİDTV: Bu gün saat 13:00-a olan məlumata əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, küləyin maksimal sürəti Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt, Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4, 8 metrə çatıb.