Ekvatorial Qvineyada partlayışlar zamanı 20 nəfər ölüb, 300 nəfər yaralanıb
Ekvatorial Qvineyada partlayışlar zamanı 20 nəfər ölüb, 300 nəfər yaralanıb
Ekvatorial Qvineyada partlayışlar zamanı 20 nəfər ölüb, 300 nəfər yaralanıb

ÜMİDTV: Ekvatorial Qvineyanın şimal-qərbindəki Bata şəhərində dörd güclü partlayış nəticəsində azı 20 nəfər həlak olub.
“Bu barədə yerli televiziyaya “Reuters” agentliyi bildirib.
Eyni zamanda “BNO News” agentliyi Ekvatorial Qvineyanın Səhiyyə Nazirliyinə istinadən bildirib ki, faciə nəticəsində azı 300 insan xəsarət alıb. Bununla yanaşı, xeyli sayda insan itkin düşmüş hesab edilir.
Hadisənin səbəbi hələ məlum deyil. Lakin EFE agentliyi partlayışların mərkəzinin hərbi obyektlərin olması barədə məlumat yayıb. Söhbət xüsusi təyinatlı qüvvələrin yataqxanasından gedir. Onun yaxınlığında yaşayış məntəqəsi yerləşir.