Rusiyada yol qəzası olub, 7 nəfər ölüb
Rusiyada yol qəzası olub, 7 nəfər ölüb
Rusiyada yol qəzası olub, 7 nəfər ölüb

ÜMİDTV: Rusiyanın Samara vilayətində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb.
“RİA Novosti”xəbər verir ki, məlumatı Samara vilayəti Prokurorluğunun Mətbuat xidməti yayıb.
Bildirilib ki, martın 8-də vilayətin Volqa rayonunun Kurumoç qəsəbəsinin Samara-Tolyatti yolunun 8-ci kilometrliyində “Isuzu” yük avtomobili ilə “Volkswagen” minik maşını toqquşub.
Qəza yerində vilayət prokurorunun müavini Aleksey Pavlov da olub. Prokurorluq araşdırmaya başlayıb.