Kənan MM: Kəramət mənim düşmənim deyil

ÜMİDTV: Kənan Mahmudov Kəramət Böyükçölün videosuna açıqlama bildirib.
Açıqlamanı olduğu kimi təqdim edirik:
Deməli belə dünəndən yazırlar ki, Kəramətin cavabını ver. Kəramət mənim düşmənim deyil, bu millətin üzvüdür. Dərin tanımıram, bilirəm ki, yazıçıdır, inanıram ki istedadlıdır. Mən nə onu, nə onun yaxınlarını söyüb paylaşa bilmərəm, çünki söydüyüm söyüşə layiq olmaya bilər, heç zaman söymərəm.
Amma mən onu uzaqdan yazıçı kimi tanımışam, sən demə adam həm də vine də çəkirmiş. İndi Kəramət nəsə çəkib paylaşıb, yəqin kitabları az satılır, bekar vaxtına düşüb, özü bilər. Allah canını sağ eləsin, nə mən özümü Kəramətə görə tanıyıram, nə də məni tanıyanlar məni Kəramətə görə tanıyır.
Kəramət özü sütül oğlandı ;)
Cavab verməyə qaldıqda isə məsələn, mən nə edim? Söyüm? Məndə nəsə çəkib paylaşım? Dava edim?
Mənim bir düşmənim var, o da erməni, vəssalam!
Kim kimin haqqında nə düşünürsə Allah ona iki qatını verir. Çox xahiş edirəm bu statusun altında Kəramət bəyə söyüş yazmayın, söyüş zavallıların işidir.
Mübariz bəyə gəldikdə isə, illərdir mənim dostumdur. Siz məgər bizim münasibət haqqında hər şeyi bilirsiniz?
Və adama bir vəfa borcum var. Vəfa borcu isə heçnə ilə ödənməz, yalnız vəfalı olmalısan.
Həyatımızda bəzi insanlar var ki, biz onunla savaşa bilmərik, ona görə yox ki, onlar güclüdürlər, ona görə ki, onlar həyasız insanlardır və onların itirəcəyi dəyərli heçnələri yoxdur. Mənim isə var.
4 məhkəməsində hakimin ağzına baxıb, ordan çıxan qərarın nə olacağını gözləməyin nə demək olduğunu, o stressi, əsəbi yalnız orda olanlar anlaya bilər. Allah bir daha yaşatmasın!
Hər birinizə sevgilər və hörmətlər...
Kəramətə isə uğurlar, bir gün imzalı kitabını alacam.
Bilirəm saytlara bu yazım lazım deyil, reytinq verməyəcək. Amma mən yenə də, hiss etdiklərimi yazdım.