Aİ siyasi gərginliklə bağlı Gürcüstana xüsusi nümayəndə göndərir

Aİ siyasi gərginliklə bağlı Gürcüstana xüsusi nümayəndə göndərir

Aİ siyasi gərginliklə bağlı Gürcüstana xüsusi nümayəndə göndərir

ÜMİDTV:   Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel isveçli diplomat Kristian Danielsonu Gürcüstana şəxsi nümayəndəsi kimi göndərir.

Aİ-nin vasitəçiliyi ilə Gürcüstanda aparılan siyasi dialoqun dəstəklənməsində iştirak edəcək.

K.Danielson yaxın günlərdə Gürcüstana səfər edəcək və ölkədə hazırkı siyasi gərginliyin aradan qaldırılması üçün Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsellə əməkdaşlıq edəcək.

Qeyd edək ki, fevralın 23-də müxalif Vahid Milli Birlik Hərəkatının sədri Nika Meliyanın həbsindən sonra Gürcüstanda siyasi gərginlik hökm sürür. Ş.Mişelin təşəbbüsü və iştirakı ilə martın 1-də Gürcüstanda iqtidar və müxalifət arasında dialoq aparılıb.