Ombudsman teleradio yayımı ilə bağlı inzibati məsuliyyətin müəyyən olunmasını təklif edib

Ombudsman teleradio yayımı ilə bağlı inzibati məsuliyyətin müəyyən olunmasını təklif edib

Ombudsman teleradio yayımı ilə bağlı inzibati məsuliyyətin müəyyən olunmasını təklif edib

ÜMİDTV:     Ombudsman Aparatı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin (Proqrama verilən tələblər) tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətin müəyyən olunması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə müvafiq əlavələrin edilməsini təklif edib.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.