Ermənistanda bir gündə 818 yoluxma faktı qeydə alınıb

Ermənistanda bir gündə 818 yoluxma faktı qeydə alınıb

Ermənistanda bir gündə 818 yoluxma faktı qeydə alınıb

ÜMİDTV:   Ermənistanda son sutkada daha 818 nəfər COVID-19-a yoluxub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 177 104-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 243-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 835 nəfərdir. İndiyədək 165 441 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 308 aktiv koronavirus xəstəsi var.