Azərbaycanda ötən il 12 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb
Azərbaycanda ötən il 12 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb
Azərbaycanda ötən il 12 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb

ÜMİDTV: 2020-ci il ərzində Azərbaycanda 12,2 milyard manat məbləğində investisiya qiymətli kağızlarının dövlət qeydiyyatı həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 1,291 milyard manatı (11 %-i) 41 korporativ istiqrazların buraxılışının, 0,766 milyard manatı (6 %-i) 119 səhm buraxılışının, 10,115 milyard manatı (83 %-i) isə dövlət qiymətli kağızlarının buraxılışının payına düşür.
Dövlət qiymətli kağızlarının 7,19 milyard manatı AMB-nin qısamüddətli notlarının buraxılışının, 2,925 milyard manatı isə dövlət istiqrazlarının buraxılışının qeydiyyatı ilə əlaqədar olub.