Kürdəmirdə avtomobil su kanalına aşıb, ölən və yaralananlar var
Kürdəmirdə avtomobil su kanalına aşıb, ölən və yaralananlar var
Kürdəmirdə avtomobil su kanalına aşıb, ölən və yaralananlar var

ÜMİDTV: Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ2106" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.