Qəbiristanlıqda pul qazanmaq istəyi baş tutmadı
Qəbiristanlıqda pul qazanmaq istəyi baş tutmadı
Qəbiristanlıqda pul qazanmaq istəyi baş tutmadı

ÜMİDTV: Tovuzda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 6-dan 16-dək olan müddətdə rayon ərazisindəki qəbiristanlıqdakı 3 məzarın kənarına çəkilmiş məhəccərin alüminiumdan olan hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Qovlar şəhər sakini E.Fətəliyev saxlanılıb.