Ödəmə terminalından oğurluq etmək istəyənlər tutuldu
Ödəmə terminalından oğurluq etmək istəyənlər tutuldu
Ödəmə terminalından oğurluq etmək istəyənlər tutuldu

ÜMİDTV: Sumqayıtda ödəmə terminalından oğurluq etmək istəyən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən gün Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.
Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Quluzadə və F.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.