Millimizin qapıçısı BİRİNCİ OLDU
Millimizin qapıçısı BİRİNCİ OLDU
Millimizin qapıçısı BİRİNCİ OLDU

ÜMİDTV: "Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsinin ilk turundan sonra ən çox qurtarış edən qapıçıdır.
Bu barədə Ağdam klubunun sosial şəbəkə səhifələri məlumat yayıb.
"90 dəqiqə, 14 qurtarış, cərimə meydançasının daxilində 6 qurtarış" - deyə paylaşımda bildirilir.
Qeyd edilir ki, siyahıda "Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç də yer alıb. Bosniya və Herseqovina yığmasının üzvü 5 qurtarışla 5-cidir.