İşğaldan azad edilən yerlərdə irriqasiya sistemlərinin bərpasına başlanıldı

Bu gün “Meliorasiya və Su Təsərrüfatı” ASC-də işğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar tədbir keçirilir.
“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə qurumun sədri Əhməd Əhmədzadə açıb.
O qeyd edib ki, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Ordusu böyük qələbə əldə edib. Ə.Əhmədzadə işğaldan azad olunmuş ərazilərin Azərbaycanın su imkanlarının artırılması istiqamətində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb:
“Hazırda isə işğaldan azad edilmiş ərazilərdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin inventarlaşma işləri dəqiqləşdirilir.
İşğaldan azad edilmiş ərazilərdə doqquz ədəd su anbarı, 1 429 subartezian quyuları, 88 ədəd nasos stansiyaları, 8 mindən çox hidrotexniki qurğular var. Əsas işimiz dəymiş zərərin aradan qaldırılması və infrastruktur layihələrinin icrasıdır. İşğaldan azad edilən yerlərdə suvarma sistemləri idarələrinin fəaliyyəti bərpa ediləcək”.