Bakıda ahıl qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı
Bakıda ahıl qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı
Bakıda ahıl qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı

ÜMİDTV: Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü İsmayılova Rəhilə Ağasəf qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bilək oynağının əziyi diaqnozu qoyulub.