Ermənistanın Səhiyyə Nazirliyi: 149 koronavirus xəstəsinə yer yoxdur

ÜMİDTV: Hazırda koronavirusa yoluxmuş 149 vətəndaş xəstəxanaya yerləşdirmək növbəsini gözləyirlər.
Bu barədə Ermənistanın səhiyyə nazirinin müavini Qevorq Simonyan özünün feysbukdakı səhifəsində yazıb.
"Səhiyyə Nazirliyi COVID-19 mərkəzlərin sayını və çarpayı fondunu artırmaq üçün mümkün olan hər şeyi edir. Əgər epidemioloji vəziyyətdə müsbət sıçrayış olmasa, bir neçə gün ərzində çarpayı yerlərinin sayında maksimuma nail olacağıq", - nazir müavini yazıb.
Qeyd edək ki, ölkədə son gündə koronavirusa 424 yeni yoluxma qeydə alınıb. Pandemiya ərzində Ermənistanda COVID-19-a ümumilikdə 190 741 yoluxma aşkarlanıb, virusa yoluxmuş 172 096 nəfər sağalıb. Hazırda 14 287 nəfər aktiv koronavirus xəstəsi müalicə olunur, 3 476 pasiyent (son gün ərzində 12 ölüm) ölüb.