Nazarbayev: “Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik”

ÜMİDTV: Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik. Bakıda keçirilən zirvədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının statusunu təşkilat səviyyəsinə qaldırmağı təklif etmişdim”.
Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib.
Onun fikrincə, humanitar və mədəni inkişafla yanaşı, dövlətlər bir-birindən bir çox şey öyrənə bilərlər: “Latın əlifbasının istifadəsi bizə gənclərimizin qlobal səviyyədə inkişafına töhfə verə biləcəyimiz ümumi sistem qazandırır. Bir-birimizlə əlaqəli şəkildə inkişaf etməliyik”.
N.Nazarbayev vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər qarşılıqlı ticarəti inkişaf etdirməli və investisiyaların cəlb edilməsi üzərində çalışmalıdırlar.