Çində balıqçı qayığı batıb, ölənlər var
Çində balıqçı qayığı batıb, ölənlər var
Çində balıqçı qayığı batıb, ölənlər var

ÜMİDTV: Çinin şərq sahilində balıqçı qayığının batması nəticəsində azı 12 insan həlak olub.
Bu barədə Çjeszyan şərq əyalətinin Dənizdə Xilasetmə Mərkəzinə istinadən “PanPay” informasiya resursu bildirib.
"Susiyuy 03434" balıqçı qayığı Çjouşan (Çjeszyan əyaləti) adaları akvatoriyasında batıb. Hadisə zamanı qayıqda 20 nəfər olub. Xilasedicilər 16 nəfəri aşkarlayaraq sudan çıxarmağa nail olublar. Onlardan 12-si ölüb. Daha 4 balıqçı hələ itkin düşmüş hesab edilir.
Axtarış əməliyyatına onlarla xilasetmə və balıqçı gəmisi, həmçinin təyyarə, helikopter cəlb olunub.