Qalatasaray" yeni futbolçu ilə anlaşdı
Qalatasaray" yeni futbolçu ilə anlaşdı
Qalatasaray" yeni futbolçu ilə anlaşdı

ÜMİDTV: Türkiyə "Qalatasaray"ı "Kasımpaşa"nın futbolçusu Aytaç Kara ilə anlaşıb.
"NTV Spor" xəbər verir ki, İstanbul təmsilçisi 2020/2021 mövsümünün sonunda 28 yaşlı yarımmüdafiəçini heyətinə qatacaq.
Təcrübəli oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, bu mövsüm 26 oyunda meydana çıxan Aytaç Kara 4 qol vurub, 2 məhsuldar ötürmə edib. O, "Beşiktaş"a 1:0 hesabı ilə qalib gəldikləri Superliqanın XXXI tur matçından sonra klubun icraçı direktoru Serkan Reçberlə mübahisə etdiyi üçün heyətdən kənarlaşıdırılıb.
Fubolçunun "Kasımpaşa" ilə müqaviləsi bu ilin iyununda başa çatacaq.