Türkiyə və Liviya hərbçiləri birgə sualtı müdafiə təlimləri keçirirlər

Türkiyə və Liviya hərbçiləri birgə sualtı müdafiə təlimləri keçirirlər

Türkiyə və Liviya hərbçiləri birgə sualtı müdafiə təlimləri keçirirlər

ÜMİDTV:   Türkiyə Silahlı Qüvvələri Liviya Ordusunun Hərbi Dəniz Qüvvələrinin heyətində sualtı müdafiə təlimlərinə start verib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Nazirliyin tvitter hesabındakı paylaşımda qeyd edilir ki, bu, Liviya ordusuna dəstək xarakteri daşıyır: "Beş yüz illik ortaq tarixə söykənən çoxyönlü münasibətlərimizin olduğu liviyalı qardaşlarımıza dəstək üçün Liviya Ordusuna keçirdiyimiz təlimlər davam etməkdədir".