Azərbaycanda vurulan ümumi peyvəndlərin sayı 1,2 milyonu ötüb
Azərbaycanda vurulan ümumi peyvəndlərin sayı 1,2 milyonu ötüb
Azərbaycanda vurulan ümumi peyvəndlərin sayı 1,2 milyonu ötüb

ÜMİDTV: Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 976 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 199 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 212 163, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 787 066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425 097 təşkil edir.