Hindistanlı deputat koronavirusun “çarəsini” tapdı
Hindistanlı deputat koronavirusun “çarəsini” tapdı
242 mindən çox insanın koronavirusdan öldüyü Hindistanda COVID-ə qarşı “çarə” tapılıb.
“Haber Global”ın məlumatına görə, millət vəkili Surendra Sinx inək sidiyinin koronavirusdan tutmuş şəkərli diabetədək bir çox xəstəliklərin dərmanı olduğunu bildirib.
Deputat sosial şəbəkə hesabından paylaşdığı videoda qeyd olunan mayeni içərək, onun acqarına, su ilə qarışdırılaraq, yeməkdən yarım saat öncə qəbul edilməsini məsləhət görüb.