“Berqa” markasının dəstəyi ilə Onlayn Qadın Festivalı keçirilib
Azərbaycanda ilk dəfə olaraq “Berqa” markasının da rəsmi tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutub. Qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradan festival qadinfest.az platforması üzərindən həyata keçirilib.
Bir fincan əhvalları dəyişdirən “Berqa” çayının ətrafına toplanan xanımları maraqlandıran çoxşaxəli mövzular müzakirəyə çıxarılıb, onlar üçün əsl xoş əhval zonası yaradılıb. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutub.
Festival zamanı “Azərsun Holdinq”in Çay Kateqoriyasının direktoru Derya Cantutan Ata çıxış edərək, festivalın keçirilməsinin önəmini vurğulayıb, bu kimi tədbirlərin qadınların həyatında xüsusi yerinin olduğunu bildirib.
“Berqa” markası festivalda iştirak edərək xoş əhval zonası yaradıb. Məqsəd qadınlarla təmas qurmaq, bir stəkan çayın mahiyyətini daha yaxından izah etməkdir. Festival zamanı “Berqa” qadınlarla ünsiyyətə keçərək onlarda xoş əhval yaratmağa nail olub. Ünsiyyətin qurulmasında İctimai Televiziyanın aparıcısı Nübar Əbil moderatorluğu öz üzərinə götürüb. Festivalda “Berqa” çayının 100 % təbii və yeni meyvəli çeşidlərinin təbii meyvə dilimli olması barədə məlumat verildi.
Qadınlardan gələn müxtəlif suallar arasında ən diqqət çəkəni, “Azərsun Holdinq”in qadınlarla bağlı siyasəti olub. Bildirilib ki, Şirkətlər Qrupunda 4 500-dən çox qadın çalışır. Yarandığı gündən bu günə qədər, idarəedici olaraq qadınlarının sayı ildən ilə artır. Bundan əlavə, hamilə və 3 yaşına qədər uşağı olan qadınlara təcrübə müddəti tətbiq edilmir, icazə haqqı normal işçilərlə müqayisədə daha çox verilir. Bu da, “Azərsun Holdinq” olaraq qadın əməkdaşlara olan diqqəti göstərərək, onların iş fəaliyyətində qalmaları üçün dəstəkləmək məqsədi daşıyır.