Şuşada “Xarı bülbül” festivalı başlayır
Şuşada “Xarı bülbül” festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı başlayır.
Oxu.Az-ın məlumatına görə, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.
Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.