Mingəçevirdə söyüşə görə qan düşdü, yaralanan var...
ÜMİDTV: Mingəçevirdə kütləvi dava olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar -Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb. Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci ( xuliqanlıq ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, hadisə zamanı Mingəçevir şəhər sakini Məhəmməd Eyyubov bıçaqlanıb, Ağdam rayon sakini Bürhan Əsədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.