Zərdabda baş vermiş qəza 60 abonenti qazsız qoydu
Zərdabda baş vermiş qəza 60 abonenti qazsız qoydu
Zərdab rayonunun Pərvanlı kəndində qəza törədən yük avtomobili diametri 108 mm olan qaz xəttinin üzərinə aşıb.
Bu barədə Azəriqaz İB məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən may ayının 15-də saat 16:30 dan etibarən 60 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
Qeyd edilib ki, qəzanın fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.