Fələstinin Moskvadakı səfiri: “Ermənistanla yaxşı münasibətlərimiz var...”

Fələstinin Moskvadakı səfiri: “Ermənistanla yaxşı münasibətlərimiz var...”

Fələstinin Moskvadakı səfiri: “Ermənistanla yaxşı münasibətlərimiz var...”

“Fələstin Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirir, lakin mövcud gərginləşməni Dağlıq Qarabağdakı vəziyyətlə müqayisə etmək istəməz”.

Bu sözləri TASS-a verdiyi açıqlamada Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofal deyib.

“Vəziyyəti Dağlıq Qarabağda baş verənlərlə müqayisə etmək istəməzdik. Ermənistanla, Azərbaycanla, həmçinin Türkiyə ilə də yaxşı münasibətlərimiz var. Türkiyənin Fələstin məsələsindəki mövqeyinə minnətdarıq və çox yüksək qiymətləndiririk”, - deyə səfir vurğulayıb.