Şəbnəmdən etiraf: “Övladlıq veriblər”

Şəbnəmdən etiraf: “Övladlıq veriblər”

Şəbnəmdən etiraf: “Övladlıq veriblər”

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı ifaçı Şəbnəm Tovuzlu olub.

Müğənni ondan gizlədilən bacısından danışıb:

“Bacım olduğunu dəqiq bilirəm. Lakin məlumatım yoxdur. Məndən gizlədirlər. O da məndən xəbərsizdir. Adı Sevildir. Məndən yaşda böyükdür. Övladlıq veriblər. Hamı bu məsələni inkar edir. Bircə xalam və xalam qızından başqa. Bacım da məndən xəbərsizdir, onun da bilməyini istəmirlər”.

İfaçı efir vasitəsi ilə bacısı ilə bağlı müraciət də edib:

“Buradan kimlərə müraciət etdiyimi yaxşı bilirlər. İllərdir gizlətmisiniz, mənim bir parçamdırsa, onu məndən gizlətməyin. Mənə deyin. Söz verirəm ki, ona bildirmərəm. Həyatda iki arzum var. Biri anamın yuxuma girməsidir. Digəri isə bacımı görmək”.