İnam Kərimov Şamaxı və Ağsuda fermer təsərrüfatlarına baş çəkib

İnam Kərimov Şamaxı və Ağsuda fermer təsərrüfatlarına baş çəkib

İnam Kərimov Şamaxı və Ağsuda fermer təsərrüfatlarına baş çəkib

Nazir İnam Kərimov Şamaxı və Ağsu rayonlarına səfər edib, bu rayonlarda inşa edilməkdə olan kənd təsərrüfatı müəssisələrinə baş çəkib, taxıl biçininə hazırlıq işləri ilə tanış olub, intensiv bağlarda və heyvandarlıq müəssisələrində görülən işlərlə maraqlanıb.

Şamaxı rayonunda filokseraya davamlı calaqaltı üzüm tingçiliyi müəssisəsi inşa olunub.

Kompleksin ərazisində 10 hektar sahədə süfrə üzümü, 10 hektar sahədə isə texniki üzüm sortları əkilib. Daha 10 hektar ərazidə isə filokseraya davamlı calaqaltı bağı salınıb. Kompleks yaxın zamanlarda tam istifadəyə hazır olacaq. Burada filokseraya davamlı üzüm calaqaltılarının kütləvi istehsalı nəzərdə tutulur.

Bu il Ağsuda yeni baramaqurutma məntəqəsi inşa edilərək istifadəyə verilib. 2021-ci il mövsümündə bu müəssisədə ilk dəfə ipəkqurdu toxumunun inkubasiyası həyata keçirilib, Ağsu və Hacıqabul rayonlarından olan kümçülərə təhvil verilib. Hazırda rayonda yaş baramanın qəbuluna hazırlıq gedir, kümçülərdən alınacaq yaş barama bu müəssisədə toplanaraq “Azərİpək” ASC-yə təhvil veriləcək.

“Aqroservis” ASC-nin Ağsu rayon bölməsində taxıl biçininə hazırlıq prosesi başa çatmaq üzrədir. Mexanizatorlar təlimlərə cəlb olunub, ilkin mərhələdə 25 mexanizator yeni istifadəyə verilən “AgroUber” mobil tətbiqində qeydiyyatdan keçib. Yaxın günlərdə daha 20 mexanizatorun bu tətbiqdə qeydiyyatdan keçəcəyi gözlənilir. Rayon bölməsində olan kombaynlara texniki baxış başa çatıb, təmir işləri yekunlaşıb.

Nazir Ağsu rayonunda müasir heyvandarlıq müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olub.