Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd keçirildi

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd keçirildi

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd keçirildi

Salyanda təhlükəsizlik kəmərindən təyinatı üzrə istifadə etməyən sürücülərlə bağlı reyd keçirilib. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri baş verən yol nəqliyyat hadisəsi zamanı sürücünün sağlamlığının qorunmasında böyük rol oynayır və hər bir sürücü sağlamlığına biganə qalmayaraq mütləq qaydada təhlükəsizlik kəmərindən istifadə etməlidir.   

Keçirilən tədbirlər zamanı qayda pozuntusuna yol verən sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunublar. 

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirlərini davam etdirir.