G7 ölkələri pandemiyaya son qoymaq üçün plan qəbul edəcək
G7 ölkələri pandemiyaya son qoymaq üçün plan qəbul edəcək
ÜMİDTV: G7 ölkələrinin sammitində koronavirus pandemiyası ilə mübarizə üzrə hərtərəfli plan qəbul ediləcək.
TASS-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan danışıb.
“G7 ölkələri bu barədə birgə bəyanat verəcək. Burada söhbət yalnız vaksinlərdən getməyəcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, sözügedən plan pandemiyaya mümkün qədər tez müddətdə son qoyulmasıdır.