Ceyhun Bayramov Böyük Britaniyanın nümayəndə heyəti ilə görüşüb
Ceyhun Bayramov Böyük Britaniyanın nümayəndə heyəti ilə görüşüb
ÜMİDTV: Xarici işlər naziri Ceyhun Bayramov bu gün Birləşmiş Krallığın siyasi-ictimai dairələri, tədqiqat mərkəzləri və mətbu orqanlarını təmsil edən nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ən böyük təhdid olan Ermənistanın təcavüz siyasəti, onun nəticələri, onilliklər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, genişmiqyaslı dağıntılar və Ermənistanın hərbi təxribatları barədə məlumat verib.