Göyçayda avtomobil aşdı, xəsarət alan var

Göyçayda avtomobil aşdı, xəsarət alan var

Göyçayda avtomobil aşdı, xəsarət alan var

Göyçayda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun 17-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, Amil Bədəlovun idarə etdiyi 60-BP-602 dövlət seriya nömrəli, "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.