Eriksenin agenti onun xəstəxanadan çıxacağı vaxtı açıqladı
Eriksenin agenti onun xəstəxanadan çıxacağı vaxtı açıqladı
Danimarka yığmasının futbolçusu Kristian Eriksenin agenti Martin Şuts yarımmüdafiəçinin səhhətindən danışıb.
Sports.ru xəbər verir ki, idman agenti Eriksenlə dünən səhər danışdığını bildirib.
“Biz dünən səhər danışmışıq. O, zarafat edirdi, yaxşı əhval-ruhiyyədə idi”, - deyə Şuts qeyd edib.
Onun sözlərinə görə, həkimlər oyunçunun başına gələnləri dərindən araşdırmağa çalışırlar. Bu isə vaxt aparacaq.
“Kristian, çox güman ki, çərşənbə axşamınadək xəstəxanada qalacaq. O, Belçikaya qarşı oyunda öz komanda yoldaşlarını dəstəkləmək istəyir”, - deyə agent əlavə edib.