Koçaryan Ermənistanda seçkilərdən sonra qarşıdurmaları istisna etmir

Koçaryan Ermənistanda seçkilərdən sonra qarşıdurmaları istisna etmir

Koçaryan Ermənistanda seçkilərdən sonra qarşıdurmaları istisna etmir

ÜMİDTV:     Ermənistanın eks-prezidenti Robert Koçaryan iyunun 20-də keçiriləcək erkən parlament seçkilərindən sonra insanların küçələrə axışacağını və qarşıdurmaların ola biləcəyini istisna etməyib.

Bu barədə o “RİA Novosti”yə müsahibəsində deyib.

 

“Bu, əlbəttə ki, son dərəcə arzuolunmaz bir ssenaridir, lakin qarşıdurma məsələsini tamamilə inkar etmək olmaz”, - deyə Koçaryan qarşıdurmaların olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

 

Koçaryan hesab edir ki, hər şey nəticələrdən və cəmiyyətin bu nəticəyə necə yanaşmasından asılıdır.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 21 partiya və 4 blokun iştirakı ilə iyunun 20-də keçiriləcək.