Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək
Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək
İylun 3-dən etibarən Rusiyanın “S7 Airlines” aviaşirkəti Vladikavkazdan Bakıya müntəzəm uçuşlara başlayacaq.
Bu barədə Vladikavkaz Beynələxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Bakıya uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək.
Marşrut işgüzar və ekonom sinif kabinləri ilə təchiz olunmuş “Boeing 737-800” təyyarələrilə həyata keçiriləcək.
Aviaşirkət tərəfindən uçuşların oktyabr ayının sonuna qədər planlaşdırıldığı qeyd olunub.