AVRO-2020 matçında “Qarabağ”a qarşı debüt etmiş futbolçu ulduz seçildi - FOTO
AVRO-2020 matçında “Qarabağ”a qarşı debüt etmiş futbolçu ulduz seçildi - FOTO
Bu gün keçirilmiş AVRO-2020-nin D qrupunun Çexiya – İngiltərə matçının (0:1) ulduz futbolçusu müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu, matçın 12-ci dəqiqəsində vurulan yeganə qolda yaxından iştirak etmiş Bukayo Sakadır.
Bu oyun Nigeriya əsilli Bukayo Sakanın AVRO-2020-də debüt matçı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə Ceydon Sanço ilə əvəzlənib.