Təbiətin işinə qarışan insanlar ekoloji fəlakətə səbəb oldular - FOTO
Tasmaniya iblislərinin Avstraliyanın Mariya adasına köçürülməsi 3.000 cüt kiçik pinqvinin və bir sıra digər kiçik quşların məhvinə səbəb olub.
Bu barədə BBC xəbər yayıb.
Məlumata görə, Avstraliya və Tasmanya hökumətləri arasındakı ortaq bir proqram çərçivəsində bu növü qorumaq üçün layihə həyata keçirilib. Belə ki, 2012-ci ildə Tasmaniya iblislərindən ibarət kiçik bir qrup Tasmaniyanın şərqindəki bir adada yerləşdirilib.
Qeyd edilir ki, 1990-cı illərdən bəri, bu yırtıcılar növlərin mövcudluğunu təhdid altına alan yoluxucu üz xərçənginə yoluxurlar. Şiş dişləmə vasitəsi ilə ötürülür və tədricən o qədər böyüyür ki, heyvanlar qidalana bilmir və ölür. Buna görə də adada sağlam iblislər koloniyası yaradılmasına qərar verilib.
İblislərin sayı həqiqətən də artıb, ancaq adada yuva quran 3 min cüt pinqvin yoxa çıxıb, bir il əvvəl is fırtına quşlarının itkin düşməsi barədə məlumatlar yayılıb.
“Tamamilə aydındır ki, iblislər Mariya adasında quş faunasına fəlakətli ekoloji təsir göstərib”,- deyə “BirdLife Tasmania” qrupunun tədqiqatçısı Erik Vyoler bildirib.