Mübariz Mənsimov iş başında - Fidan Quliyev - Foto

Mübariz Mənsimov iş başında - Fidan Quliyev - Foto

Mübariz Mənsimov iş başında - Fidan Quliyev - Foto

ÜMİDTV:     Bir il müddətində  haqsızlığa səbrlə qalib gələn xeyirsevər iş adamı  Mübariz Mənsimov, üzərindən ev həbsi götürüləndən sonra ilk dəfə iş başına dönüb.

Bu barədə Palmali Şirkətlər Qrupunun sözcüsü Fidan Quliyeva psylaşım edib. 

Fidan Quliyeva:   'Palmali Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov, ev həbsi üzərindən götürüldükdən sonra ilk gün işə çıxdı. Palmali Şirkətinin əməkdaşları Mənsimovu şirtkətin girişində alqışlayaraq qarşıladı. Mübariz Mənsimov təntənəli qarşılanmanı görüb gülümsədi və ilk sözü "Hayırdı? Hadi, iş başına" oldu.  Deyilən qurban kəsildi. Palmali logolu tort kəsildikdən sonra Mübariz Mənsimov işə donüşü ilə əlaqədar əməkdaşların qarşısında cıxış etdi. 

"Hamınıza tək tək təşəkkürlər. Sizlər bu şirkətin qalasısınız. 350 gün nələr yaşadığınızı bilirəm. Allah sizlərdən razı olsun. Artıq yeni səhifə açırıq. Durmaq yoxdur! Yola davam! Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram daha yaxşı günlər bizi gözləyir. Sizin hamınızı sevirəm. Bu müddət ərzində çətinliklərə baxmayaraq yanımda qaldığınıza və şirkəti buraxmadığınıza görə sizlərə təşəkkür edirəm. Tam gücümüzlə işə sarılmalı və Palmalinin problemlərini həll etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, çox qısa bir zamanda biz buna nail olacayıq. Yanımda olan, problemlərə sinə gərən gəmicilərim başda olmaqla hər birinizə təşəkkürlər!" 

Bunları deyərək Palmali Şirkətlər Qrupunun sahibi, xeyriyyəçi iş adamı öz otağına, işinin başına keçdi" .

Biz də öz növbəmizdə Vətən sevdalısı Mübariz Mənsimova xeyirli - uöurlu olsun deyirik. 

Rəhman Cəbiyev / ÜmidTv Azərbaycan