Kürdə batan beş yaşlı uşağın meyiti tapıldı
Kürdə batan beş yaşlı uşağın meyiti tapıldı
Kürdə batan beş yaşlı uşağın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı il təvəllüdlü Şirinli Murad Bəxtiyar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.