Beyləqanda su anbarında batan 16 yaşlı oğlanın meyiti çıxarılıb

Beyləqanda su anbarında batan 16 yaşlı oğlanın meyiti çıxarılıb

Beyləqanda su anbarında batan 16 yaşlı oğlanın meyiti çıxarılıb

Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun axtarışları başa çatıb.

Ə.Bəbirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.