Deputat: “Xilaskar lider İlham Əliyevin rəhbərliyi altında dünyada yenilməz orduya malik müzəffər xalq kimi yaşayacağıq”

Deputat əlavə edib ki, erməni faşistləri törətdiyi hərbi cinayətlərə, Azərbaycana vurduqları ziyana görə təzminat verməli olacaqlar: “Cənab Prezidentin də Cəbrayıl və Fizuliyə səfəri zamanı bəyan etdi ki, düşmənin vurduğu ziyanın uçotu, dəymiş ziyanın hesablanması üçün araşdırma aparılacaq. Bu məqsədlə beynəlxalq ekspertlər dəvət ediləcək. Vurulan ziyanla bağlı düşmən həm fərdi qayda, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödəyəcəklər”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycan qısa zamanda işğaldan azad olunmuş yerlərdə yaşayış məntəqlərinin bərpasına başlayacaq: “Ən qısa zamanda Qarabağda həyat öz məcrasına dönəcək və orada biz cənnət Qarabağın qurulmasının şahidi olcağıq. Cənab prezident artıq bəyan etdi ki, Fisulidən Şuşaya yeni yol çəkiləcək”.
Cənab Prezident və Biirnci vitse-prezidentin işğaldan azad olunmuş Fizuli, Cəbrayıla və Xudafərin körpüsünə səfərinin tarixi əhəmiyyətindən danışan millət vəkili deyib ki, bu zamanında və çox cəsarətli səfər idi: “Azərbaycan Prezidentinın Fizuliyə, Cəbrayıla, Xudafərinə səfəri bir demarş idi. Cəna Prezident bu səfərlə dünyaya nümyiş etdirdi ki, Qarabağ Azərbaycandır və Qarabağsız Azərbaycan mümkün deyil. Qarabağın sahibi və hakimi Azərbaycandır!
Cənab Prezident də çıxışında bəyan etdi ki, 44 günlük müharibə dövründə Azərbaycana müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər oldu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Ancaq Azərbaycan yolundan dönmədi və qələbə çaldı. Azərbaycan xalqı və ordusu bütün dünyaya göstərdi ki, Azərbaycan yenilməz xalqıdır, müzəffər ordusu var. Xilaskar lider, fateh sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu erməni faşistlərini məhv edərək, diz çökdürdüb, məğlubiyyətə vadar etdi. Erməni mifi, uydurmaları məhv edildi. Prezidentin dediyi kimi ermənilər bundan sonra məğlubiyyət damğası, rəzalət damğası ilə yaşayacaqlar. Biz xilaskar lider, fateh sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında biz isə bundan sonra güclü dövlət, yenilməz orduya, güclü iradəyə sahib müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq. Azərbaycan bundan sonra da qarşısında duran məsələlərin həllinə nail olacaq”.
Mürtəza
Ölkə.Az