İlham Əliyev: “Bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq”

İlham Əliyev: “Bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq”

İlham Əliyev: “Bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq”

ÜMİDTV:       Son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır.

 

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib.

 

Azərbaycan Prezidenti bildirib ki, bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq. 

 

“Dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özününməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailəsinin üzvləri və müharibə əlilləri vardır. Yəni, bu da daim diqqət mərkəzində olan məsələdir”, - deyə dövlətimizin başçısı əlavə edib.