Türkiyədə “Sputnik V” vaksininin Rusiya ilə ortaq istehsalına başlanacaq
Türkiyədə “Sputnik V” vaksininin Rusiya ilə ortaq istehsalına başlanacaq
Moskvada Rusiya-Türkiyə birgə iqtisadi komissiyasının iclası keçirilib.
“Haber Global” məlumat verir ki, iclas zamanı Rusiya Baş nazirinin müavini Aleksandr Novak yaxın aylarda Türkiyədə “Sputnik V” peyvəndinin müştərək istehsalına başlanacağını bildirib.
Baş nazir müavininin sözlərinə görə, istehsal prosesi paralel şəkildə bir neçə müəssisədə aparılacaq.
Novak, həmçinin Türkiyə Səhiyyə Nazirliyi tərəfindən Rusiya peyvəndinin istifadəsinə icazənin verilməsi qərarını da alqışlayıb.